ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Markus Reşfordun “Barselona”da qalmaq ehtimalı sual altına düşüb.
İdman.Biz “Daily Mail”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı futbolçunun müqaviləsindəki 26 milyon funtluq (58 milyon AZN) satınalma bəndini aktivləşdirmək niyyətində deyil. “Barselona” Reşford üçün yalnız 13 milyon funt (29 milyon AZN) ödəməyə hazırdır.
Bu mövqe “Barselona”nın İngiltərənin “Nyukasl Yunayted” futbol komandasından Entoni Qordonu 69 milyon funtluq (155 milyon AZN) razılaşma ilə heyətinə qatmasından sonra diqqət çəkib.
Reşford ötən mövsümü icarə əsasında “Barselona”da keçirib və bütün turnirlərdə 49 oyunda 14 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb. Kataloniya klubunun La Liqa çempionluğunda da pay sahibi olan futbolçunun daimi transferi bir müddət gözlənilən addım kimi qiymətləndirilirdi.
Lakin “Mançester Yunayted” razılaşdırılan məbləğdə endirim etmək istəmir. Məlumata görə, “Barselona”nın yekun qərar verməsi üçün son tarix 15 iyundur. Kataloniya klubunun Reşfordu daimi transfer etmək üçün 30 milyon avroluq opsiyası həmin tarixdə başa çatır.
“Barselona” daxilində hücum xətti ilə bağlı seçimlər çoxalıb. Klub Qordonu transfer edib, həmçinin “Atletiko Madrid” futbol komandasının hücumçusu Xulian Alvareslə də maraqlanır. Bu isə Reşfordun “Kamp Nou”da qalmaq şansını azalda bilər.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.