Azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası Albaniyada çempion olub.
İdmanxeber.az-ın məlumatına görə, həmyerlimizin çıxış etdiyin “Eqnatiya” son turda “Tirana”nı məğlub edərək qızıl medallara yiyələnib. Əliyev matça start heyətdə başlayıb və 46-cı dəqiqədə əvəzlənib.
Xatırladaq ki, müdafiəçi ötən mövsüm də “Eqnatiya” ilə çempionluq sevinci yaşamışdı.