AZ

Hacıqabulda turist qadına qarşı qeyri-etik davranış - VİDEO

Hacıqabul rayonunda xarici turist qadına qarşı qeyri-etik davranışla bağlı yayılan görüntülərdən sonra polis araşdırma aparıb və 66 yaşlı şəxs barəsində inzibati tədbir görüb.

Musavat.com xəbər verir ki, hadisə Karl və Lisa adlı turist cütlüyün Hacıqabuldan keçdiyi vaxt baş verib. İddiaya görə, yaşlı kişi onların avtomobilini saxlayaraq söhbət etməyə çalışıb və bu zaman qadının bədəninə toxunmağa çalışıb. 

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Turistlərin müraciəti əsasında polis əməkdaşları əraziyə gəlib və məsələ araşdırılıb.

Araşdırma nəticəsində 66 yaşlı şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.

Bildirilib ki, turistlərin əlavə şikayəti olmayıb. Onlar müraciətlərinə operativ reaksiya verildiyinə görə polis əməkdaşlarına təşəkkür ediblər.

 

Musavat.com

Seçilən
56
13
musavat.com

10Mənbələr