AZ

Dursun Özbek Qalatasaray a elə bir ulduzu gətirir ki...

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Superliqasında növbəti mövsümün çempionluq iddialarını gücləndirmək istəyən "Qalatasaray" transfer bazarında əsl bomba partlatmağa hazırlaşır.

Fanat.Az "Spor" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhənginin prezidenti Dursun Özbəyin yay transfer dövrü üçün ən böyük hədəfi və xəyalı "Liverpul"un niderlandlı ulduz müdafiəçisi Vircil van Deykdir.

"Sarı-qırmızılılar" müdafiə xəttini dünya səviyyəli ulduzla gücləndirmək məqsədilə təcrübəli stoper üçün olduqca cəlbedici bir paket hazırlayıb. Rəhbərliyin 34 yaşlı müdafiəçiyə 3 illik nəhəng bir müqavilə ilə yanaşı, həm də komandada birbaşa kapitanlıq sarğısını təklif etdiyi bildirilir.

Karyerası ərzində İngiltərə Premyer Liqası və Çempionlar Liqası çempionluqları yaşayan təcrübəli müdafiəçinin bu tarixi və iddialı təklifə verəcəyi cavab Türkiyədə böyük maraqla gözlənilir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
fanat.az

2Mənbələr