AZ

Çində uçan avtomobil istehsalına start verildi

ain.az, Lent az portalına istinadən məlumat verir.

Çinin GAC şirkətinin Govy bölməsi AirCab adlı iki nəfərlik uçan avtomobilinin ilk istehsal nümunələrini təqdim edib.

Lent.az xəbər verir ki, şirkət ilkin mərhələdə ildə 100 ədəd avtomobil istehsal etməyi planlaşdırır.

Elektrik mühərrikli AirCab şəhərdaxili qısa məsafəli hava nəqliyyatı üçün nəzərdə tutulub və şaquli qalxıb-enmə (eVTOL) imkanına malikdir.

GAC rəhbərliyi hesab edir ki, uçan avtomobillər gələcəkdə böyük şəhərlərdə nəqliyyat sıxlığının azaldılmasına kömək edə bilər.

Şirkət kommersiya uçuşlarına başlamaq üçün lazımi sertifikatların alınması istiqamətində işlərini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
lent.az

1Mənbələr