AZ

Konqoda Ebola yoluxmaları 282-yə çatıb

BAKI, 1 iyun. TELEQRAF

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 282 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hesabatda bildirilir ki, yoluxmaların böyük əksəriyyəti İturi əyalətində qeydə alınıb. Təsdiqlənmiş 282 yoluxma halından 264-ü bu bölgənin payına düşür. Şimali Kivu əyalətində 15, Cənubi Kivuda isə 3 yoluxma faktı aşkarlanıb.

Məlumata görə, indiyədək 42 nəfər xəstəlikdən vəfat edib, 238 nəfər müalicə alır. İki nəfərin sağaldığı bildirilir.

Konqo hakimiyyəti mayın 15-də Ebola epidemiyasının yayıldığını elan edib. Xəstəliyin törədicisi ilk dəfə 2007-ci ildə Uqandada aşkarlanan Ebola-Bundibucio virusudur.

Bundan əvvəl ölkədə 1000-dən çox ehtimal olunan yoluxma və təxminən 240 ölüm halının qeydə alındığı bildirilmişdi. Epidemiya qonşu Uqandaya da yayılıb. Orada doqquz yoluxma və bir ölüm halı təsdiqlənib.

Seçilən
102
teleqraf.com

1Mənbələr