Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İngiltərənin “Çelsi” futbol komandasının müdafiəçisi, İspaniya millisinin üzvü Mark Kukurelya 2026-cı il Dünya Çempionatında sürpriz edə biləcək yığmaları açıqlayıb.
İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu ənənəvi favoritlərlə yanaşı, Niderland və Ekvador millilərinin də turnirdə uzağa gedə biləcəyini bildirib.
“Həmişə tipik favoritlər olur, amma Niderlandın çox yaxşı komandası var. Ekvador isə mənə çox güvən verməsə də, yaxşı çıxış edəcək. Bu yığmada yaxşı futbolçular var və hər şeyi düzgün edə bilərlər”, - deyə Kukurelya söyləyib.
Kukurelya Ekvador millisinin potensialına xüsusi diqqət çəkib. O, “Çelsi”də komanda yoldaşı olan Moyses Kaysedonu yaxşı tanıdığını və Cənubi Amerika təmsilçisinin İspaniya üçün çətin rəqibə çevrilə biləcəyini vurğulayıb.
İspaniyalı müdafiəçi zarafatla Ekvadorun turniri tez tərk etməsini arzuladığını da deyib: “Ümid edirəm, Ekvador tez evə qayıdar”.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.