AZ

Misir səfirliyinin dəstəyi ilə “5 ci Uşaq Kitab Sərgisi” təşkil olunub

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Houssam Eldine Reda mədəniyyətlərarası mübadiləni və xalqlar arasında mədəni əlaqələrin inkişafı üçün

Misir Mədəniyyət Mərkəzinin nəşriyyatlar və ərəb dilinə tərcümə sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığına böyük önəm verir.

Xalqcebhesi.az xəbər verir ki, bu xüsusda Bakıda uşaq ədəbiyyatı ilə maraqlanan ziyarətçilərin böyük marağına səbəb olan, müxtəlif kitablar, maarifləndirici və mədəni hekayələr sahəsində ən yeni nəşrlərin təqdim olunduğu və bir çox yerli nəşriyyatların iştirak etdiyi “5-ci Uşaq Kitab Sərgisi” təşkil olunub.

Nəşriyyatlar dünyanın fərqli ölkə və mədəniyyətlərini, o cümlədən Misirin nümayəndələrinin geyindiyi milli və tarixi geyimlər vasitəsilə canlandırmış, bununla da hər bir ölkənin özünəməxsus kimliyini əks etdiriblər.

Sərgidə iştirak edən Misir Mədəniyyət Mərkəzinin direktoru Prof. Dr. Tarek Aboul Fotouh bu mədəni tədbirdə iştirakdan böyük məmnunluq duyduğunu bildirib. O, uşaqlarda oxu vərdişinin erkən yaşlardan formalaşdırılmasının vacibliyini vurğulayaraq qeyd edib ki, mütaliə uşaqların təxəyyülünün inkişafında, dünyagörüşünün genişlənməsində, intellektual və yaradıcılıq qabiliyyətlərinin güclənməsində, həmçinin dünya xalqlarının sivilizasiyaları haqqında biliklərinin artmasında mühüm rol oynayır.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
icma.az

1Mənbələr