AZ

ÜST və Konqo Ebola ilə mübarizədə əsas çətinlikləri açıqlayıb

BAKI, 1 iyun. TELEQRAF

Ebola epidemiyası ilə mübarizədə xəstələrin erkən aşkarlanması, onların təcrid olunması və təmasda olduqları şəxslərin izlənməsi əsas problemlər olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Konqo Demokratik Respublikası hökumətinin birgə bəyanatında bildirilib.

Məlumata görə, təhlükəsiz və ləyaqətli dəfn mərasimlərinin təşkili, tibb müəssisələrində infeksiyaya qarşı effektiv profilaktikanın təmin edilməsi və əhalinin məlumatlandırılması da əsas çağırışlar sırasındadır.

Tərəflər qeyd ediblər ki, tərəfdaş təşkilatlarla birlikdə koordinasiyanın gücləndirilməsi və zərərçəkmiş bölgələrdə yardımın operativ və ədalətli şəkildə çatdırılması üçün əlavə resursların səfərbər olunması istiqamətində iş aparılır.

Bundan əvvəl Kampaladakı həkim Elişa Kiiza Uqandada Ebola qızdırmasından ölənlərin sayının ÜST-ün açıqladığı rəsmi statistikadan daha çox olduğunu bildirmişdi.

Seçilən
92
teleqraf.com

1Mənbələr