Cənubi Koreyanın Tecon şəhərində yerləşən "Hanwha Aerospace" müdafiə korporasiyasının istehsalat obyektində baş verən partlayış nəticəsində azı dörd nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Bu barədə "Far.Az" yerli "Yonhap" agentliyinə istinadən xəbər verir.
Partlayış bazar ertəsi səhər saatlarında, ilkin məlumata görə, zavodun birinci mərtəbəsində baş verib, hadisənin səbəbləri hələlik müəyyən edilməyib. Yanğınsöndürənlər hazırda binanı bürümüş yanğını söndürməyə çalışırlar.
Cənubi Koreya Prezidenti Li Çje Myon xilasetmə əməliyyatının keçirilməsi üçün bütün mövcud resursların səfərbər olunması barədə tapşırıq verib.