Tofiq Musayev yenidən UFC-də döyüşəcək.
Sportinfo.az xəbər verir ki, yüngül çəkidə döyüşən Musayevin növbəti rəqibi slovakiyalı Ludovit Klayn olacaq.
Döyüş avqustun 1-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Musayev sonuncu dəfə martın 29-da ABŞ-ın Sietl şəhərində çilili İqnasio Bahamondesə qarşı keçirib və onu məğlub etmişdi.