Çilinin əsas limanı olan Valparaiso akvatoriyasında 6 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Seysmik hadisənin episentri 300 minə yaxın əhalisi olan Vinya-del-Mar şəhərindən 38 km aralıda yerləşib.
Dağıntı və itki barədə məlumat verilməyib.
Qeyd edək ki, təxminən bir həftə əvvəl Çilidə 6.8 bal gücündə daha bir zəlzələ qeydə alınmışdı.