Fransanın PSJ klubu bu transfer pəncərəsində klubdan ayrılmaq niyyətində olan bir neçə oyunçunu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Mənbənin məlumatına görə, komandanın kapitanı Markinyosun da adı çəkilən adlar arasında olduğu bildirilir, lakin onun statusu qeyri-müəyyən olaraq qalır. Nəşr həmçinin İngiltərə Premyer Liqası klublarının, o cümlədən "Liverpul"un maraq dairəsinə düşən fransız cinah oyunçusu Bredli Barkolanı da vurğulayıb. Paytaxt klubunun fransız qapıçısı Lukas Şevalye də komandadan ayrılmaq niyyətindədir və yaxın gələcəkdə rəhbərliklə gələcəyini müzakirə edəcək. Bundan başqa, koreyalı hücumçu yarımmüdafiəçi Li Kanq və portuqaliyalı hücumçu Qonsalu Ramos da oyun vaxtının azlığı səbəbindən klubdan ayrılmağı düşünürlər.
PSJ artıq mümkün gedənlərin yerini doldurmağa başlayıb. ÇL-in son qalibi "Bornmut"un hücumçusu Eli Krupi, "Leypsiq"dən cinah yarımmüdafiəçiləri Yann Diomande və "Monako"dan Maqnes Aklyuşun transferi ilə bağlı danışıqlar aparır. Fransa nəhəngi həmçinin "Portu"nun qapıçısı Dioqu Kosta və "Atletiko Madrid"in hücumçusu Xulian Alvareslə maraqlanır.
Mirağa