AZ

Rusiya ilə danışıqlar qışa qədər baş tuta bilər - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski CBS News telekanalına müsahibəsində Rusiya ilə danışıqlar aparılması üçün qış mövsümünə qədər imkan pəncərəsinin olduğunu bildirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Onun sözlərinə görə, növbəti qış başlamazdan əvvəl tərəflərin masa arxasına əyləşərək diplomatik həll yolunu müzakirə etməsi vacibdir. Zelenski qeyd edib ki, bunun baş tutması ilk növbədə Rusiyaya göstərilən beynəlxalq təzyiqdən asılı olacaq.

Ukrayna lideri həmçinin bildirib ki, mümkün danışıqlarda Avropanı Böyük Britaniya, Fransa və Almaniya təmsil edə bilər.

“Bilmirəm ki, bu, ən yaxşı formatdır, yoxsa yox. Amma hesab edirəm ki, həmin ölkələr Avropa adından danışıq aparan tərəf ola bilər. Eyni zamanda Şimali Avropa ölkələri arasında da etibarlı tərəfdaşlarımız var. Türkiyə isə hər zaman vasitəçi olmaq istəyib və onun köməyi ilə hərbi əsirlərimizin geri qaytarılması istiqamətində müəyyən nəticələr əldə etmişik”, – deyə Zelenski vurğulayıb.

Prezident, həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və Cared Kuşnerin yaxın iki həftə ərzində Ukraynaya səfər edə biləcəyini bildirib. O qeyd edib ki, mümkün səfərin vaxtı barədə məlumatı danışıqlar qrupundan alıb.

NURİYYƏ

Seçilən
39
redaktor.az

1Mənbələr