AZ

İsrail ABŞ-dan bunu XAHİŞ ETDİ

İsrail rəsmiləri Livanın paytaxtı Beyrutda İsrail Müdafiə Ordusunun (SAXAL) hərbi əməliyyatlarını genişləndirmək üçün Vaşinqtonun razılığını almağa çalışırlar.

Bizim.Media xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yaydığı məlumatda qeyd olunur:

"İsrailin yüksək rütbəli rəsmi şəxsləri SAXAL-ın Beyruta endirdiyi zərbələri genişləndirməsinə icazə verilməsi xahişi ilə ABŞ-ın yüksəkçinli rəsmilərinə müraciət ediblər".
 

Mənbələrin bildirdiyinə görə, İsrail tərəfi ABŞ-dan müsbət cavab alacağına ümid edir. Buna səbəb kimi həm Vaşinqtonla Tehran, həm də İsrail ilə Livan arasındakı diplomatik danışıqlarda hər hansı bir irəliləyişin qeydə alınmaması göstərilir.


Ötən bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ordunun Livandakı hərbi fəaliyyəti daha da artırılacaq. Onun sözlərinə görə, bu hərbi kampaniya gözləniləndən daha çox vaxt apara bilər, lakin İsrail nəyin bahasına olursa-olsun ölkənin şimalında təhlükəsizliyi tam bərpa edəcək.

Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr