İran Prezidenti Məsud Pezeşkianın SEPAH komandirlərinin ölkə idarəçiliyi üzərində tam dominantlığı səbəbindən istefa verdiyi iddia edilib.
ONN media xəbər verir ki, bu barədə “İran İnternəşnl” məlumat yayıb.
Bildirilib ki, Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xameneinin ofisinə rəsmi məktub göndərərək vəzifədən azad olunmasını xahiş edib.
***
İranın Prezident Administrasiyasının İnformasiya İdarəsinin rəhbərinin müavini Seyid Mehdi Təbatəbai Prezident Məsud Pezeşekianın istefası ilə bağlı yayılan iddiaların yalan olduğunu bildirib.
"Prezident xalqa xidmət etməkdən geri çəkilməyəcək", - deyə o, X səhifəsində qeyd edib.