AZ

Ağ Ev şiələrin nəzarəti altındadır

Naməlum şəxslər ABŞ-ın keçmiş prezident Barak Obamanın administrasiyası üçün yaradılmış Ağ Evin köhnə “ İnstaqram” hesabını sındırıblar.

Publika.az TMZ-yə istinadla xəbər verir ki, səhifə 31 mayda haker hücumuna məruz qalıb. Bir neçə yeni paylaşım, o cümlədən neyron şəbəkəsi tərəfindən yaradılan və ərəb dilində "Ağ Ev şiələrin nəzarəti altındadır" başlığı olan bir şəkil ortaya çıxıb.

Hakerlər həmçinin bir neçə mesaj da yerləşdiriblər.

“Meta” nümayəndəsi TMZ-yə hesabın həqiqətən haker hücumuna məruz qaldığını, lakin artıq qorunduğunu və hakerlərin bütün paylaşımlarının silindiyini təsdiqləyib.

Seçilən
16
publika.az

1Mənbələr