AZ

Obamanın İnstaqram hesabına haker HÜCUM ETDİ

Ajans.az TMZ-ə istinadən xəbər verir ki, insident mayın 31-də baş verib. Hakerlər hesabda bir neçə paylaşım dərc edərək, o cümlədən ərəb dilində “Ağ Ev şiələrin nəzarəti altındadır” başlığı ilə süni intellekt vasitəsilə hazırlanmış görüntü yayımlayıblar. Bundan əlavə, hesabın “Stories” bölməsində də müxtəlif paylaşımlar yerləşdirilib. Məlumata əsasən, hesabın təhlükəsizliyi artıq bərpa olunub və hakerlər tərəfindən paylaşılmış bütün materiallar silinib.

Qeyd edək ki, sözügedən hesabda son rəsmi dəyişikliklər 2017-ci il yanvarın 20-də — Donald Trampın prezident kimi andiçmə mərasimi günü edilib. Həmin tarixdən sonra hesab aktiv şəkildə istifadə olunmayıb.

Seçilən
27
Ajans.az

1Mənbələr