Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi qitə çempionatında bu gün növbəti oyununa çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda 1/8 finalda Qazaxıstanla qarşılaşacaq. “Tipos Arena”da baş tutacaq oyun saat 00:00-da start götürəcək.
Bu gün həmçinin, 1/8 finalda Rumıniya – Avstriya, Yunanıstan – Serbiya, Çexiya – Monteneqro görüşləri baş tutacaq.
Azərbaycan Qazaxıstanl mübarizədən kənarlaşdıra bilsə, 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə üz-üzə gələcək.
Millimiz qrupda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək pley-offa lider kimi yüksəlib.
Turnir iyunun 4-də başa çatacaq.
AÇ-2026
1/8 final
1 iyun
00:00. Azərbaycan - Qazaxıstan
Bratislava. “Tipos Arena”.