AZ

ENP sədri Merzin Ukraynaya Aİ-də xüsusi status ideyasını dəstəkləyib

Avropa Parlamentində Avropa Xalq Partiyasının (ENP) sədri Manfred Vebber Almaniya kansleri Fridrix Merzin Ukraynaya Avropa İttifaqı daxilində xüsusi status verilməsi ideyasını dəstəkləyib...

Poliqon xəbər verir ki, bu barədə N-TV telekanalı Funke media qrupuna istinadən məlumat yayıb.

Siyasətçi Ukrayna üçün xüsusi status ideyasını "yaradıcı və müsbət təşəbbüs" kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, təcrübəli orduya və müdafiə texnologiyalarına malik olan Ukrayna təhlükəsizlik sahəsində Avropa üçün mühüm aktiv ola bilər.

21 may tarixində Almaniya kansleri Fridrix Merz Ukraynaya Aİ üzvlüyünə keçid mərhələsi kimi xüsusi status verilməsini təklif edib. Almaniya hökumət başçısının fikrincə, "assosiativ üzv" statusu Ukrayna rəsmilərinə Aİ sammitlərində və nazirlər görüşlərində iştirak imkanı yaradar, lakin səsvermə hüququ verməz.

Bununla belə, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski "simvolik" və ya qismən üzvlük ideyasını rədd edib. Onun fikrincə, ölkə tamhüquqlu üzvlüyə layiqdir, çünki Avropanı simvolik yox, real şəkildə qoruyur.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr