AZ

“Barsa”nın Reşfordla bağlı “hiyləgər plan”ı bəlli oldu

“Barselona” “Mançester Yunayted”i hücumçu Markus Reşford üçün endirimli qiymət təklifini qəbul etməyə məcbur etmək üçün “hiyləgər bir plan” hazırlayıb.

Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, Kataloniya klubu yay transfer pəncərəsi boyunca Reşford üçün danışıqları uzatmaq niyyətindədir və ümid edir ki, “qırmızı şeytanlar” qiyməti aşağı salacaqlar.

“Barsa” La Liqaya maliyyə məhdudiyyətlərinin tamamilə aradan qaldırıldığını bildirdikdən sonra transfer pəncərəsinin sonunda 28 yaşlı cinah oyunçusu üçün danışıqları yenidən başlatmağı planlaşdırır. Bu arada, “Barselona” “Mançester Yunayted”ə təxminən 15 milyon avro təklif etməyə hazırdır, İngiltərə klubu isə 30 milyon avro tələb edir.

Seçilən
9
publika.az

1Mənbələr