Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu inqilabın və xalqın yolunda hər şeyimizi - həyatımızı da qurban verməyə hazırıq və yaşadığımız müddət ərzində buna davam edəcəyik.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında deyib.
Elektrik, qaz və enerji sahəsində olan problemlərə toxunan Pezeşkian bu sahədə xüsusi idarəçiliyin vacibliyini vurğulayıb:
“Bununla bağlı hörmətli rəhbərin də göstərişləri var, yaşadığımız müddət ərzində prosesləri idarə edəcəyik. Ya idarəçiliyi güclü şəkildə davam etdirəcəyəm, ya da şəhid olacağam. Hər ikisi də mənim üçün böyük qələbədir".
İran prezidenti bütün baş verənlərə baxmayaraq, meydanda olub və idarəçiliyi davam edirməyin vacibliyini bildirib:
"Meydanda olmaq lazımdır, bizim canımız rəhbərin və başqa şəhid olanların canından qiymətli deyil".
Qeyd edək ki, ötən gün Məsud Pezeşkianın istefa verdiyi barədə məlumatlar yayılmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.