AZ

Avtobus gec hərəkət etdi, sərnişin əsəbiləşib şüşələri sındırdı

Bakının Sabunçu rayonunda 46 yaşlı kişi avtobus sürücüsünə qarşı xuliqanlıq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsi, Şəhər Şosesində nömrəsiz ünvanın qarşısında baş verib. 

1980-ci il təvəllüdlü Rüstəm Şamilov “Daevoo” markalı marşrut avtobusunda ictimai nəqliyyat vasitəsinin sürücüsü Vüsalın avtobusunu gec idarə etməsini səbəb kimi bəhanə edib, onun ünvanına nalayiq ifadələr işlədib. 

Daha sonra avtobusunun sol ön yan şüşəsini, sol qapı güzgüsünü və ön alın şüşəsini yumuruq zərbələri vuraraq sındırıb. Avtomobilə məsul olan firmaya 300 manat maddi ziyan vurub. 

İş üzrə ifadə verən avtobus sürücüsü Vüsalın sözlərinə görə, idarə etdiyi avtobusu ilə saat 17:34-də Koroğlu metro stansiyası Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsində sərnişin dayanacağının qarşısından avtobusu saxlayıb:

“Həmin müddətdə Koroğlu metro stansiyasında götürdüyüm sərxoş vəziyyətdə olan sürücü ünvanıma nalayiq ifadə işlədərək sürməyimi tələb etdi. Mən həmin sərnişinə izah etdim ki, qarşımda saxlayan avtobus hərəkətə başlasın, yola davam edəcəm. Lakin sərnişin sözlərimə məhəl qoymayaraq təkrar nalayiq ifadələr işlədən zaman avtobusda olan sərnişinlərdən biri onun qolundan tutaraq təmkinli olmağını bildirdi. Sərnişin avtobusdan yerə düşərək sürücü tərəfə yaxınlaşdı, sol yan şüşəni və sol güzgünü yumruqla vuraraq sındırdı. Sonra avtobusun qarşısına çıxaraq qabaq şüşəni yumruqla vuraraq yararsız hala saldı”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Rüstəm aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
13
1
demokrat.az

2Mənbələr