AZ

“Real Madrid” və “Barselona”dan akademiya həmləsi

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniyanın “Real Madrid” və “Barselona” futbol klubları “Deportivo” akademiyasının iki istedadlı futbolçusunu transfer etmək üzrədir.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi Raul Lemanı, Kataloniya klubu isə Qael Seyxonu heyətinə qatmağa hazırlaşır. Hər iki futbolçu İspaniyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edir və “Deportivo” akademiyasının ən perspektivli oyunçularından sayılır.

2010-cu il təvəllüdlü Lema sol cinah vingeridir. O, yaşının az olmasına baxmayaraq, “Deportivo”nun “División de Honor Juvenil” komandasında debüt edib. “Real Madrid”in futbolçunu iyuldan etibarən öz akademiyasına qatacağı, oyunçunun ailəsi ilə birlikdə Madridə köçəcəyi bildirilir.

“Barselona” isə 2011-ci il təvəllüdlü Seyxo ilə anlaşmaya yaxındır. Futbolçu həm mərkəz müdafiəçisi, həm də müdafiəyəmeyilli yarımmüdafiəçi mövqeyində oynaya bilir. Onun fiziki gücü və potensialı “Barselona” ilə yanaşı, “Real Madrid” və “Atletiko Madrid”in də diqqətini çəkib.

“Deportivo” akademiyasının rəhbəri İsmael Arilya əsas istedadları saxlamaq üçün çalışsa da, Lemaya yeni şərtlər təklif edilsə də, razılıq əldə olunmayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr