AZ

Azərbaycan millisi 1/8 final matçına çıxır

style='margin-bottom:10px;'>

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub. Komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edib.

Seçilən
37
7
teleqraf.com

10Mənbələr