AZ

Mən də insanam, onları Allaha həvalə edirəm Səssizliyini pozdu

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Türkiyəli aktyor Ozan Güven son günlər yayılan videosu və onun ünvanına yazılan şərhlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib. 

"Həmin axşam baş verən hadisə mənim üçün çox ağır oldu. Bir insanın ictimai məkanda hədəf göstərilməsi, alçaldılması, mühakimə olunması və oradan uzaqlaşdırılmağa çalışılması hər mənada həddi aşmaqdır. Altı ildir ki, haqqımda çox şey deyildi. Çox şey yazıldı, haqsız yerə təkrarlandı. Mən hüquqi prosesə hörmət etdiyim üçün susdum. Amma əksər hallarda eyni əzbər cümlələrlə və ön mühakimələrlə hədəfə çevrilirəm. Amma susmaq insanın ləyaqətinin yox sayılması demək olmamalıdır.

Heç kimdən məni sorğusuz-sualsız sevməsini və ya dəstəkləməsini gözləmirəm. Sadəcə bunu deyirəm: Tənqid başqa şeydir, insanı yox saymaq başqa şey. Mən də bir insanam! Həmin məkanda məni ən çox yaralayan şey göstərilən reaksiyanın içində sağlam düşüncənin, təmkinin və insani ölçünün itmiş olması, həmçinin mənim təxribata çəkilməyə çalışılmağım idi.

Bu sözləri qəzəblə deyil, sağlam düşüncəyə çağırış olaraq deyirəm. Bu vəziyyət artıq mənim üçün qəbul edilə bilən deyil. Ümid edirəm ki, tənqid edərkən də, qəzəblənərkən də, etiraz edərkən də insan qalmağı unutmarıq. Hadisənin baş verdiyi məkanı və bu məsələnin tərəflərini əvvəl ədalətə, sonra isə Allaha həvalə edirəm" deyə, Ozan yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Ozanı getdiyi məkanlardan birində məkanda etirazla qarşılaşıblar. təxminən bir saat davam edən gərginlikdən sonra Ozan məkanı tərk etməli olub. Onunla birgə restoranda aktyor Mehmet Aslantuğ da olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
axsam.az

1Mənbələr