AZ

Dünyada Uşaqlar Günü fərqli tarixlərdə keçirilir - Səbəbi nədir?

Bu gün - 1 iyun Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər il ölkəmizdə bu tarix müxtəlif tədbirlər, konsertlər, sərgilər və sosial layihələrlə qeyd olunur.

Məktəblərdə, uşaq bağçalarında və ictimai məkanlarda uşaqlara həsr olunmuş proqramlar təşkil edilir.

Azərbaycanda da keçmiş SSRİ məkanında olduğu kimi 1 iyun tarixi uzun illərdir Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir və bu ənənə 1950-ci ildən etibarən formalaşmağa başlayıb.

Həmin il beynəlxalq səviyyədə uşaqların hüquqlarının qorunması və rifahının yaxşılaşdırılması məqsədilə 1 iyun tarixinin uşaqlara həsr olunması qərara alınıb.

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür | Azərbaycan RespublikasıQax Rayon İcra Hakimiyyəti

İkinci Dünya müharibəsindən sonra milyonlarla uşağın ağır sosial problemlərlə üzləşməsi, valideynlərini itirməsi və yoxsulluq şəraitində yaşaması beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa sövq etdi. Məhz bu səbəbdən 1949-cu ildə keçirilən Beynəlxalq Demokratik Qadınlar Federasiyasının konqresində uşaqların müdafiəsinə həsr olunmuş xüsusi gün təsis edilməsi təklif edilib. Nəticədə 1950-ci ilin 1 iyun tarixində ilk dəfə Beynəlxalq Uşaqların Müdafiəsi Günü qeyd olunub və sonradan bir çox ölkələrdə ənənəyə çevrilib.

1 iyun təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qeyd olunur. Xüsusilə keçmiş Sovet İttifaqına daxil olmuş dövlətlərdə – Rusiya, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və digər ölkələrdə bu tarix geniş şəkildə qeyd edilir. Eyni zamanda Çin, Monqolustan, Vyetnam, Bolqarıstan, Rumıniya, Serbiya, Slovakiya və Çexiyada və bir sıra Şərqi Avropa ölkələrində də 1 iyun Uşaqlar Günü kimi tanınır. Bu ölkələrdə bayramın əsas məqsədi uşaqların hüquqlarını diqqət mərkəzinə gətirmək, onların sağlam inkişafı üçün şərait yaratmaq və cəmiyyətə uşaqların qorunmasının vacibliyini xatırlatmaqdır.

Annual carnival in Russia to celebrate International Children's Day - CGTN

International Children's Day 2026: A day of love for kids

Lakin dünyada Uşaqlar Günü bütün ölkələrdə eyni tarixdə keçirilmir. Müxtəlif dövlətlər öz tarixi, mədəni və siyasi xüsusiyyətlərinə uyğun olaraq bu günü fərqli tarixlərdə qeyd edirlər. Bu fərqlər həmin ölkələrin uşaqlara münasibətini, tarixi hadisələrini və milli dəyərlərini əks etdirir.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Dünya Uşaqlar Günü hər il 20 noyabr tarixində qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. 20 noyabr 1959-cu ildə BMT Baş Assambleyası tərəfindən Uşaq Hüquqları Bəyannaməsinin qəbul edildiyi gündür. Daha sonra 20 noyabr 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası qəbul olunub. Məhz buna görə BMT və UNICEF bu tarixi uşaqların hüquqlarının müdafiəsinə həsr edilmiş beynəlxalq gün kimi tanıdır. Dünyanın bir çox ölkələrində həmin gün uşaqların təhsil, sağlamlıq, təhlükəsizlik və inkişaf hüquqları ilə bağlı maarifləndirici tədbirlər keçirilir.

Listen to children: my day, my rights | UNICEF Parenting

Dünyada uşaqlara rəsmi olaraq bayram hədiyyə edən və bu günü beynəlxalq səviyyəyə daşıyan ilk ölkə isə Türkiyədir. Türkiyədə Uşaqlar Günü 23 aprel tarixində, Türkiyə Böyük Millət Məclisinin açıldığı gündə keçirilir. 
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk bu tarixi uşaqlara hədiyyə edərək onu Milli Suverenlik və Uşaq Bayramı elan edib. Atatürk hesab edirdi ki, ölkənin gələcəyi uşaqların əlindədir və milli suverenliyin qorunması gələcək nəsillərin üzərinə düşür. Bu səbəbdən hər il Türkiyədə uşaqlar simvolik olaraq dövlət idarələrində rəhbər vəzifələri tuturlar, parlamentdə xüsusi iclaslar keçirilir və beynəlxalq uşaq festivalları təşkil edilir.

23 Nisan’ın tarihçesi: TBMM’nin açılışından dünya çocuklarına

Cumhurbaşkanı Erdoğan çocukları kabul etti - Son Dakika Haberleri

Hindistanda Uşaqlar Günü 14 noyabr tarixində qeyd edilir. Bu tarix ölkənin ilk baş naziri Cəvahirləl Nehrunun doğum gününə təsadüf edir. Nehru uşaqlara olan sevgisinə görə “Çaça Nehru” adı ilə tanınırdı. O, uşaqların ölkənin gələcəyi olduğunu vurğulayır və onların təhsilinə xüsusi önəm verirdi. Əvvəllər Hindistanda Uşaqlar Günü 20 noyabrda qeyd olunsa da, Nehrunun vəfatından sonra onun xatirəsini yaşatmaq məqsədilə bayram 14 noyabra keçirilib. 

CHILDREN'S DAY - November 14, 2026 - National Today

Yaponiyada isə Uşaqlar Günü 5 may tarixində qeyd olunur. Bu bayram “Kodomo no Hi” adlanır və ölkənin ən qədim milli ənənələrindən biridir. Tarixən bu gün oğlan uşaqlarına həsr olunmuş bayram kimi qeyd edilib. Sonradan isə bütün uşaqları əhatə edən milli bayrama çevrilib. Bayram günü evlərin qarşısında gücü, cəsarəti və uğuru simvolizə edən sazan balığı formasında bayraqlar asılır. Yapon ailələri uşaqların sağlam, xoşbəxt və uğurlu böyüməsi üçün müxtəlif ənənəvi mərasimlər keçirirlər.

Darwinites celebrating Japanese day for kids | NT News

Braziliyada Uşaqlar Günü 12 oktyabr tarixində qeyd olunur. Bu tarix ölkədə həm də müqəddəs hesab edilən Nossa Senhora Aparecida gününə təsadüf edir. Bayram daha çox ailə xarakteri daşıyır. Uşaqlara hədiyyələr verilir, əyləncələr təşkil olunur və ticarət sektorunda ilin ən aktiv dövrlərindən biri yaşanır.

Facts About Brazil | Fun Facts About Brazil

Argentinada Uşaqlar Günü avqust ayının üçüncü bazar günü keçirilir. Burada əsas məqsəd ailələrin uşaqlarla daha çox vaxt keçirməsinə şərait yaratmaqdır. Həftəsonuna təsadüf etdiyindən valideynlər və uşaqlar birlikdə müxtəlif tədbirlərdə iştirak edir, ailəvi istirahət proqramları təşkil olunur.

Children's Day plans: games, theater, skating, free outings and proposalsfor the whole family.

Amerika Birləşmiş Ştatlarında isə vahid milli tarix mövcud deyil. Müxtəlif dövrlərdə fərqli tarixlər təklif olunub. Ən geniş yayılmış tarix iyun ayının ikinci bazar günüdür. ABŞ-də Uşaqlar Günü daha çox ailə və icma təşəbbüsləri ilə qeyd edilir və digər ölkələrdə olduğu kimi rəsmi dövlət bayramı statusuna malik deyil. Uşaqların rifahı, təhsili və sağlamlığı ilə bağlı sosial layihələr ön plana çıxarılır.

Fourth of July Facts You've Never Heard Before - Business Insider

Müxtəlif tarixlərdə qeyd olunmasına baxmayaraq, bütün bu bayramların ortaq məqsədi eynidir: uşaqların hüquqlarını qorumaq, onların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin etmək, təhsil almaq və öz potensiallarını reallaşdırmaq imkanlarını genişləndirmək. Müasir dünyada müharibələr, yoxsulluq, zorakılıq və sosial bərabərsizlik kimi problemlər milyonlarla uşağın həyatına təsir göstərir. Buna görə də Uşaqlar Günü yalnız bayram deyil, həm də cəmiyyətə uşaqların hüquqlarının qorunmasının vacibliyini xatırladan beynəlxalq bir çağırışdır.

Seçilən
19
azedu.az

1Mənbələr