AZ

Sağlamlığa zərər vermədən nə qədər ət yemək olar?

Ətin həftəlik porsiyası böyüklər üçün, kolbasa və emal olunmuş məhsullar da daxil olmaqla, maksimum 500 qram olmalıdır. 

Demokrat.az
xəbər verir ki, bu barədə diyetoloq Mihaela Biliç “Gandul” nəşrinə istinadən bildirib.

Ekspertin sözlərinə görə, balanslı qidalanma həftə ərzində 3 gün ət, 2 gün balıq və 2 gün bitki mənşəli zülalların — lobya, noxud, mərci və digər paxlalıların qəbulunu nəzərdə tutur.

Onun sözlərinə görə, gündəlik ət porsiyası təxminən 150 qramdır, həftəlik isə 500 qrama qədər olmalıdır. Porsiyanın ölçüsü təxminən oyun kartı dəstinin ölçüsünə bərabərdir.

“Ümumi hesablamaya görə, bu 500 qram həftə ərzində təxminən üç ət porsiyasına bərabərdir, lakin diqqətli olun: bu, təkcə bifteklərə deyil, kolbasa məhsullarına da aiddir”, deyə Biliç vurğulayıb.

Daha əvvəl bildirilib ki, bəzi ət növləri digərlərinə nisbətən daha az kalorilidir. Məsələn, dovşan əti xüsusilə az yağlı hesab olunur — 100 qramda 3–8 qram yağ olur. O, həmçinin orqanizm üçün vacib olan bütün amin turşularını ehtiva edən yüksək keyfiyyətli zülalla zəngindir.

Bundan başqa, hinduşka əti də xüsusilə yaşlı insanlar üçün faydalı hesab olunur. 100 qramında təxminən 29 qram zülal var ki, bu da toyuq ətindən bir qədər çoxdur. Eyni zamanda, doymuş yağların miqdarı azdır, bu da xolesterinin artmasına səbəb olan amillərdən biridir.

Jalə
Demokrat.az
Seçilən
39
1
demokrat.az

2Mənbələr