İyun ayının ən maraqlı astronomik hadisəsi axşam saatlarında səmada müşahidə olunacaq kiçik planet düzülüşü olacaq.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində astronom Aleksandr Alekseyev məlumat verib.
Onun sözlərinə görə, iyunun 9-da Yupiter və Venera bir-birinə maksimum yaxınlaşacaq. Hər iki səma cismi gün batımı zamanı adi gözlə aydın şəkildə görünəcək.
Mütəxəssis bildirib ki, bu maraqlı hadisənin detallarını müşahidə etmək üçün teleskop və ya durbindən istifadə etmək daha məqsədəuyğundur.
İyunun 15-də bu iki planetə Merkuri də qoşulacaq. İyunun 17-də isə Ay Yupiterlə Veneranın arasında yerləşərək səma həvəskarlarına daha təsirli mənzərə təqdim edəcək.