AZ

Güclü və inkişaf etmiş cəmiyyətin təməlində sağlam və savadlı nəsillər dayanır- ÖZƏL

"Uşaqlar həyatımızın ən saf, ən dəyərli varlıqları, cəmiyyətimizin və dövlətimizin gələcəyidir. Onların sevgi, qayğı və diqqət içərisində böyüməsi, keyfiyyətli təhsil alması, öz bacarıqlarını inkişaf etdirməsi və xoşbəxt bir uşaqlıq yaşaması hər birimizin ortaq məsuliyyətidir. Güclü və inkişaf etmiş cəmiyyətin təməlində məhz sağlam, savadlı və vətənpərvər nəsillər dayanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Bu gün ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sosial rifahının yüksəldilməsi, təhsil və sağlamlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində uşaqların hərtərəfli inkişafına xidmət edən çoxsaylı layihələr həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq bağçalarının və sosial müəssisələrin tikilməsi və yenidən qurulması, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək proqramlarının həyata keçirilməsi bu istiqamətdə görülən mühüm işlərdəndir.
Xüsusilə qeyd etmək istəyirəm ki, hər bir uşağın təhlükəsiz mühitdə böyümək, keyfiyyətli təhsil almaq, öz istedad və bacarıqlarını reallaşdırmaq hüququ vardır. Uşaqların arzularının gerçəkləşməsi, onların xoşbəxt gələcəyi üçün çalışmaq yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifədir.
Arzu edirəm ki, bütün balalarımız sağlam, savadlı, vətəninə və xalqına bağlı vətəndaşlar kimi yetişsin, daim sevgi və qayğı ilə əhatə olunsunlar.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları və valideynləri bir daha təbrik edir, hər bir ailəyə xoşbəxtlik, sevinc və firavanlıq arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr