AZ

Bu gündən Malayziyada uşaqlar üçün sosial media qadağası qüvvəyə mindi

Bakı, 1 iyun, AZƏRTAC

Malayziya 16 yaşadək olan uşaqların sosial media hesabı açmasına məhdudiyyət tətbiq edir. Yeni qaydalar uşaqların onlayn təhdidlərdən qorunmasına yönəlib.

AZƏRTAC Malayziyanın Bernama informasiya agentliyinə istinadla xəbər verir ki, yeni qanun bu gündən etibarən qüvvəyə minir.Yeni tələblərə əsasən, sosial media platformalarında hesab açmaq istəyən istifadəçilər yaşlarını rəsmi şəxsiyyət sənədləri vasitəsilə təsdiqləməlidirlər. Bu tələb müəyyən hallarda mövcud hesab sahiblərinə də şamil olunur.

Qaydalar çərçivəsində rəqəmsal platformalardan uşaqların zərərli məzmuna məruzqalma riskini azaltmaq üçün əlavə təhlükəsizlik tədbirləri görmək tələb edilir. Tələbləri yerinə yetirməyən xidmət təminatçıları yüksək məbləğdə cərimələrlə üzləşə bilərlər.

Seçilən
29
azertag.az

1Mənbələr