AZ

Azərbaycanlı müdafiəçi Albaniya çempionu oldu

Albaniyada mövsümə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, Super Liqada final mərhələsinin sonuncu turuda çempion müəyyənləşib.

Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin yer aldığı "Eqnatiya" evdə "Dinamo" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz start heyətində yer alıb və matçı əvəzolunmadan başa vurub. O, 32-ci dəqiqədə sarı vərəqə alıb.

Beləliklə, "Eqnatiya" birinci yerdəki mövqeyini qoruyaraq çempion olub. Bu, Zamiqin sözügedən komandanın heyətində ardıcıl ikinci çempionluğudur. 

25 yaşlı müdafiəçi bu mövsüm "Eqnatiya"nın heyətində çempionatda 22 oyuna çıxaraq 1 qola imza atıb.

Seçilən
14
fanat.az

1Mənbələr