AZ

Dünyada ən çox görülən 2 KABUS açıqlandı

Kabuslar sadəcə qorxulu görüntülər deyil, beynimizin gizli xəbərdarlıq sistemi hesab olunur. Mütəxəssislərə görə, yuxuda təqib olunmaq və ya nəfəs ala bilməmək kimi kabuslar insanın gündəlik həyatda yaşadığı stress və problemlərlə birbaşa əlaqəli ola bilər.

Musavat.com xəbər verir ki, Psychology Today-in məlumatına görə, kabuslar bədən, ruh və zehnin birlikdə işlədiyini göstərən siqnallardır. Bu yuxular insanın oyaq halda fərq etmədiyi emosional və psixoloji problemlərə diqqət çəkə bilər.

1. Təqib olunmaq və qaçmaq kabusu

Araşdırmalara görə, dünyada ən çox görülən kabuslardan biri kiminsə və ya nəyinsə insanı təqib etməsidir. Bu yuxularda insanlar adətən üzü görünməyən təhlükəli şəxsdən, vəhşi heyvandan və ya qaranlıq bir qüvvədən qaçmağa çalışır. Nə qədər sürətlə qaçsalar da, təhlükə onlara yaxınlaşmağa davam edir.

Frontiers in Psychology jurnalında yayımlanan araşdırma göstərib ki, bu tip kabuslar real həyatda yaşanan sosial gərginliklər və mənfi münasibətlərlə əlaqəlidir. Alimlər bunu “Təhdid Simulyasiyası Nəzəriyyəsi” ilə izah edirlər. İnsan beyni yuxu zamanı təhlükəli vəziyyətləri canlandıraraq stress və qorxu ilə mübarizə mexanizmlərini aktiv saxlayır.

Mütəxəssislər bildirirlər ki, iş yerindəki problemlər, ailədaxili mübahisələr, maddi sıxıntılar və ya insanın üzləşmək istəmədiyi çətinliklər bu cür yuxuların yaranmasına səbəb ola bilər.

2. Nəfəs ala bilməmək və boğulmaq kabusu

Ən çox rast gəlinən ikinci kabus isə nəfəs ala bilməmək, boğulmaq və ya sıxılmış vəziyyətdə qalmaq hissidir. İnsanlar bu yuxularda sinələrinə təzyiq olduğunu hiss edə, suyun altında qala və ya qapalı məkanda nəfəs almaqda çətinlik çəkə bilərlər.

Araşdırmalara görə, bu tip yuxuların həm fiziki, həm də psixoloji səbəbləri ola bilər. Yuxu apnesi, astma və burun tutulması kimi tənəffüs problemləri zamanı beyində oksigen səviyyəsinin azalması kabusa çevrilə bilər. Beyin insanı oyatmaq üçün təhlükəli ssenari yaradır.

Psixoloji baxımdan isə bu kabuslar həddindən artıq məsuliyyət, emosional təzyiq və “boğulma” hissi yaradan stresslə əlaqələndirilir. Tədqiqatçılar bu vəziyyətin çox vaxt yuxu iflici (karabasan) ilə də əlaqəli olduğunu bildirirlər.

Mütəxəssislərin fikrincə, kabuslar sadəcə qorxulu yuxular deyil, insanın psixoloji və fiziki vəziyyəti barədə ipucları verən siqnallar ola bilər.

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr