AZ

Rusiya aviasiya yanacağının ixracına qadağa qoyub

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya aviasiya yanacağının ixracı ilə bağlı yeni qərar qəbul edib.

Banco.az xəbər verir ki, hökumətin yaydığı yazılı açıqlamaya əsasən, aviasiya yanacağının ixracı 30 noyabr tarixinədək, yəni 5 ay müddətinə qadağan edilir. Bildirilir ki, qərarın əsas məqsədi ölkənin daxili yanacaq bazarında sabitliyi qorumaq və tələbatın fasiləsiz ödənilməsini təmin etməkdir.

Açıqlamada qeyd olunub ki, hökumətlərarası müqavilələr çərçivəsində həyata keçirilən yanacaq tədarükləri bu qadağadan kənarda qalacaq.

Xatırladaq ki, Rusiya daha əvvəl də daxili bazarda qiymət sabitliyini və təchizat təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif yanacaq növlərinin ixracına məhdudiyyətlər tətbiq edib. Belə ki, ölkədən benzin ixracı 1 aprel tarixindən etibarən qadağan olunub.

Rusiya hakimiyyəti daxili yanacaq bazarında vəziyyəti nəzarətdə saxlamaq üçün zərurət yarandıqda ixrac məhdudiyyətləri tətbiq etməyə davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
35
banco.az

10Mənbələr