AZ

Obamanın rəsmi instaqram hesabı haker hücumuna məruz qaldı

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın prezidentliyi dövründə istifadə etdiyi rəsmi İnstaqram hesabı naməlum şəxslər tərəfindən sındırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Məlumata görə, bazar günü hesabda şübhəli paylaşımlar və qeyri-adi məzmunlar görünməyə başlayıb. Sonradan bunun haker müdaxiləsi nəticəsində baş verdiyi müəyyən edilib.

Portalın yazdığına görə, naməlum şəxs hesabda bir neçə paylaşım edib. Onların arasında süni intellekt vasitəsilə hazırlanmış və fars dilində "Ağ Ev şiələrin nəzarəti altındadır" ifadəsinin yer aldığı şəkil də olub.

Meta şirkətinin nümayəndəsi hesabın haker hücumuna məruz qaldığını təsdiqləyib. Bildirilib ki, artıq səhifə üzərində nəzarət bərpa olunub və təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Barak Obamanın sözügedən hesabında son paylaşım 2017-ci il yanvarın 20-də, onun prezidentlik müddətinin son günündə dərc edilmişdi.

Hadisəni törədən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib və məsələ ilə bağlı araşdırma aparılır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
51
1
redaktor.az

2Mənbələr