Azərbaycanın şimal qapısı sayılan Qusar həm füsunkar təbiəti, həm də beynəlxalq standartlara cavab verən turizm infrastrukturu ilə hər il minlərlə yerli və xarici turistin sevimli məkanına çevrilir. Möhtəşəm Şahdağ zirvəsinin ətəklərində yerləşən bu bölgə, dörd fəslin dördündə də qonaqlarına unudulmaz anlar bəxş edir. Elə bütün bunları nəzərə alıb, ötən həftə Şahdağa səfər etdik. Doğurdan da Qusar rayonu öz coğrafi mövqeyi və zəngin florası ilə təbiətsevərlər üçün əsl cənnətdir. Azərbaycanın ən yüksək zirvələri olan Bazardüzü (4466 m) və Şahdağ (4243 m) məhz bu regionun əzəmətini nümayiş etdirir.
Sərin meşələr və şəlalələr: Yay aylarında Ləzə kəndinin ətrafındakı dik qayalardan süzülən şəlalələr, təmiz dağ havası və zəngin meşə örtüyü insanı şəhər səs-küyündən uzaqlaşdırır.
Qışın sehri: Qış gəldikdə responds isə bu yaşıl örtük yerini bəyaz nağıla buraxır. Qusarın qışı bura sadəcə vizual gözəllik deyil, həm də aktiv istirahət ab-havası gətirir. Şahdağa səfər etmişkən bölgənin ən iri turizm mərkəzi sayılan “Shahdag Mountain Resort” otelə də baş çəkdik. Buradakı yeniliklərlə tanış olduq. Son illərdə buradakı otellər (“Shahdag Hotel & Spa”, “Pik Palace”, “Park Chalet”) və əyləncə infrastrukturu keyfiyyətini daha da artırıb, xidmət şəbəkəsini genişləndirib. Müasir Yeniliklər və İnfrastruktur: Burada yeni kanat xətləri və yamaclar, xizək həvəskarları üçün yeni sürüşmə zolaqları və müasir süni qar yağdırma sistemləri quraşdırılıb. Bu da mövsümün daha uzun sürməsinə şərait yaradır. ”Shahdag Coaster” və Ekstremal Əyləncələr: Bölgənin ən populyar attraksionlarından olan dağ kirşəsi (Coaster) şəbəkəsi daha da təkmilləşdirilib. Bundan əlavə, yay-qış mövsümünə uyğun paraplanla uçuş, kvadrosikl turları və zipline xidmətləri yenilənib.
Sonda onu da qeyd edək ki, Qusar və Şahdağ artıq regional deyil, qlobal bir turizm brendinə çevrilməkdədir. Bura gələn turistlərin coğrafiyası hər il daha da genişlənir desək yanılmarıq.
Müəllif: Elmir Muradov













