“Azərbaycan Mikro-Kredit” BOKT ASC-nin əsas səhmdarı illər ərzində təşkilatdakı payını tədricən azaldaraq, cari ilin əvvəlinə bütün səhmlərini satıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, əsas səhmdar Elmar Məmmədov 2023-cü ildə 100% payından 40%-ni (hər biri 20%) iki şəxsə ötürsə də, cari ilin əvvəlindən tam şəkildə iştirak payını azaldıb.
Bununla da yeni səhmlərin hər birinin 50% payı olmaqla Kazım Hüseynov və Səbuhi Əzizova ötürülüb. Hazırda BOKT-nin nizamnamə kapitalının həcmi 1 milyon 722 min manatdır.
BOKT keçən il 203 min manat xalis mənfəət əldə etməklə öncəki ildə qeydə alınan 781 min manatdan xeyli aşağı olub.
1 yanvar 2026-cı il tarixinə 7.7 milyon manat olub. Öncəki ildə 9.2 milyon manat idi. Hazırda aktivlərin 6.66 mln. manatı müştərilərə verilən kreditlərdir.