AZ

İsrail Vaşinqtondan Beyrut üçün icazə istəyib

İsrail rəsmiləri Vaşinqtondan Livanın paytaxtı Beyrutda İsrail Müdafiə Qüvvələrinin (İMQ) əməliyyatlarını genişləndirmək üçün yaşıl işıq istəyiblər.

Musavat.com xəbər verir ki, məlumatı The Jerusalem Post mənbələrə istinadən yayıb:

"Yüksək vəzifəli İsrail rəsmiləri ABŞ-ın yüksək vəzifəli rəsmilərinə müraciət edərək İsrail ordusunun Beyruta zərbələri genişləndirməsinə icazə istəyiblər".

Mənbələrə görə, israillilər "həm Vaşinqton-Tehran, həm də İsrail-Livan danışıqlarında irəliləyişin olmaması nəzərə alınmaqla, ABŞ-ın cavabının əlverişli olacağına" ümid edirlər.

Bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu İMQ-nin Livandakı əməliyyatlarını genişləndirəcəyini açıqlayıb. O əlavə edib ki, hərbi kampaniya daha uzun çəkəcək, lakin İsrail şimalda təhlükəsizliyi bərpa edəcək.

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr