AZ

Cənubi Koreyada müdafiə zavodunda partlayış: Ölənlər var

Cənubi Koreyada hərbi təyinatlı məhsullar istehsal edən zavodda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində 4 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, hadisə Tedjon şəhərində yerləşən müəssisəsində qeydə alınıb.

Məlumata görə, ölənlərlə yanaşı, daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, zavodda mühüm müdafiə sistemləri, o cümlədən taktiki yerüstü raket sistemləri istehsal olunur. Müəssisə həmçinin idarəolunan silahlar və mühərrik qurğularının hazırlanması ilə məşğuldur.

Hadisədən sonra Cənubi Koreya Prezidenti Li Ce Myon qəzanın nəticələrinin aradan qaldırılması üçün bütün resursların səfərbər edilməsini tapşırıb. Dövlət başçısı eyni zamanda hadisənin səbəblərinin araşdırılması üçün müvafiq qurumlara göstəriş verib.

Seçilən
34
publika.az

1Mənbələr