ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.
"Discovery"nin məşhur "Alaskan Bush People" verilişinin ulduzu Mett Braun dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, onun cəsədi Vaşinqton ştatındakı Okanogan çayında aşkarlanıb. Mettin ölüm səbəbini məhkəmə-tibb ekspertiza müəyyən edəcək.
Braunun qardaşları Noah və Bear sosial mediada onun ölümünü təsdiqləyiblər. Noah qardaşının cəsədi sudan çıxarılanda orada olduğunu bildirib.
Metin axtarışı bir şəxsin polisə zəng edərək çay kənarında oturan bir kişi ilə danışdığını bildirməsindən sonra başlayıb. Polisin verdiyi məlumata görə, Mettin suda göründüyü yerin yaxınlığında silah da tapılıb.
Qeyd edək ki, Mett Braun 2014-cü ildən 2019-cu ilə qədər "Discovery Channel"də yayımlanan "Alaskan Bush People" realiti şousunda rol alıb. Ekran işində Braun ailəsinin Alyaska səhrasında yaşadıqları hadisələr izlənilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.