ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Astronomiya həvəskarları may ayının ikinci dolunayına şahidlik ediblər.
Mütəxəssislərin məlumatına görə, eyni təqvim ayı ərzində baş verən ikinci dolunay “Mavi Ay” adlanır.
Bu dəfəki dolunayın fərqli cəhəti onun eyni zamanda “Mikro Ay” olmasıdır. Belə ki, Ay Yerə ən uzaq nöqtələrindən birində yerləşdiyi üçün adi dolunaylarla müqayisədə daha kiçik və daha solğun görünür. Bu səbəbdən astronomlar onu ilin ən kiçik və ən uzaq dolunayı kimi xarakterizə edirlər.
Səma hadisəsi dünyanın müxtəlif şəhərlərində, o cümlədən San-Fransisko, Afina, İstanbul və İordan çayının qərb sahilində maraqla izlənilib.
Mütəxəssislərin sözlərinə görə, “Mavi Ay” və “Mikro Ay” hadisələri ayrı-ayrılıqda müəyyən aralıqlarla baş versə də, onların eyni vaxta təsadüf etməsi olduqca nadir haldır. Hesablamalara əsasən, növbəti “Mavi Ay” 2028-ci ildə, növbəti “Mikro Ay” isə gələn ay müşahidə olunacaq. Lakin hər iki hadisənin yenidən eyni anda baş verməsi üçün 2053-cü ilə qədər gözləmək lazım gələcək.
Astronomlar bildirirlər ki, bu cür səma hadisələri elmi baxımdan böyük əhəmiyyət daşımasa da, insanlara kosmosun nadir və təsirli mənzərələrini izləmək imkanı yaradır.
"AzPolitika.info"



Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.