Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Satışdan əldə edilən gəlir şərabçılıq məktəbinin açılmasına sərf olunacaq
Təxminən 40 min şüşə şərab saxlanılan İosif Stalinin şərab zirzəmisi Gürcüstanda ilk dəfə açılıb. AYNA.AZ-ın “Reuters”ə istinadən məlumatına görə, kolleksiyanın hərracda satılması planlaşdırılır.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hərracın təşkili üzərində işləyən “Gilauri Wines” şirkətinin sahibi İrakli Gilauri bildirib ki, satış "Gürcüstanı kolleksiyaçıların xəritəsinə salmağa" kömək edəcək.
Zirzəmidə saxlanılan şüşələr arasında məşhur Fransız şatolarından şərablar da var.
Onlar əvvəllər Rusiya imperatoru III Aleksandra və onun oğlu II Nikolaya məxsus olub. 1917-ci il inqilabından sonra Sovet hökuməti çarın əmlakını müsadirə edib. Şərab kolleksiyasının bir hissəsi sonradan Stalinin ixtiyarına keçib. Daha sonra o kolleksiyaya öz sevimli şərablarını da əlavə edib.
Gürcüstan hökuməti kolleksiyanı hərraca çıxarmağı planlaşdırır. Satışdan əldə edilən gəlir şərabçılıq məktəbinin açılmasına sərf olunacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.