AZ

Poçettino: Bu qələbə amerikalıların milliyə inamını qaytara bilər

ain.az, sport24.az saytına istinadən bildirir.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Seneqal üzərində qazanılan 3:2 hesablı qələbənin dünya çempionatı öncəsi komandanın ətrafında müsbət atmosfer yaratdığını bildirib. Sport24.az xəbər verir ki, qarşılaşmadan sonra danışan argentinalı mütəxəssis, son vaxtlar Portuqaliya və Belçikaya qarşı alınan məğlubiyyətlərin azarkeşlərin inamını azaltdığını xatırladıb:"Bu qələbə bizim üçün vacib olsa da, düşünürəm ki, daha çox ətraf mühit və azarkeşlər üçün əhəmiyyət daşıyır. Son iki uğursuz oyundan sonra insanların komandaya yenidən inanması çox vacib idi".​Argentinalı mütəxəssis futbolçularının meydanda nümayiş etdirdiyi xarakteri də yüksək qiymətləndirib:"Bu gün hamının fədakarlığını gördük. Bizdə xarakter, əzm və böyük istedad var. Futbolçularımızın potensialı çox yüksəkdir".ABŞ yığması növbəti yoxlama görüşündə Almaniya millisi ilə qarşılaşacaq. Poçettino rəqibin gücünü qəbul etsə də, əsas problemin hər zaman komandanın özündə olduğunu bildirib:"Bir həftə sonra Almaniya kimi möhtəşəm komandaya qarşı oynayacağıq. Amma əsas məsələ rəqib deyil. Vacib olan düzgün münasibət, yüksək motivasiya və komanda birliyidir. Bu gün bunu nümayiş etdirə bildik".Qeyd edək ki, dünya çempionatının ev sahiblərindən biri olan ABŞ turnirdə Paraqvay, Avstraliya və Türkiyə ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
sport24.az

1Mənbələr