AZ

Rusiya aviasiya yanacağının ixracını dayandırdı

Rusiya Hökuməti 30 noyabr 2026-cı il tarixinə qədər aviasiya kerosininin ixracına müvəqqəti qadağa qoyub.

Qaziler.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qərar birja ticarətində alınmış yanacağa da şamil edilir.

"Qəbul edilmiş qərarın məqsədi daxili yanacaq bazarında sabitliyi təmin etməkdir", - məlumatda deyilir.

Qərar qüvvəyə minənədək gömrük proseduruna cəlb edilmiş yanacaq partiyaları, hökumətlərarası sazişlər çərçivəsindəki tədarüklər, həmçinin hava gəmilərinin yolda istifadə etdiyi texnoloji çənlərdəki yanacaq üçün istisnalar ediləcək.

QAZİLER.AZ

Seçilən
41
qaziler.az

1Mənbələr