Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsindəki əməkdaşlıq çərçivəsində Çin Xalq Respublikasında təşkil edilən növbəti seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasını 5 nəfər mediator təmsil edəcəkdir.Newscenter.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov seminarda iştirak edəcək mediatorlarla görüşüb. Görüşdə bu seminarlara qatılacaq mediatorlarla təlimat qaydaları əsasında söhbət və müzakirə aparılıb, onlar bu mötəbər seminarlarda iştirakları münasibətilə təbrik edilib. Nadir Adilov qeyd edib ki, seminarların keçirilməsində əsas məqsəd ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyəti daha da gücləndirməkdir.Qeyd olunan seminarlarda Mediasiya Şurasının nümayəndələrinin və mediatorların iştirakı müxtəlif sahələrdə yaranan mübahisələrin mediasiya yolu ilə həlli imkanları barədə daha geniş və əhatəli biliklərin formalaşmasına töhfə verəcəkdir. Nümayəndələrimizin bu tədbirlərdə iştirakı onların peşəkar və sahəvi biliklərinin artırılmasına, beynəlxalq təcrübənin öyrənilməsinə və qabaqcıl yanaşmaların mənimsənilməsinə şərait yaradacaqdır. Eyni zamanda, əldə olunan bilik və təcrübələrin gələcək fəaliyyətlərdə tətbiqi mediasiya institutunun inkişafına və praktik fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir.Çin Xalq Respublikasında təşkil ediləcək seminarlarda Mediasiya Şurasını, Şuranın İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Region Mediatorları Ağsaqqallar Şurasının sədri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, Bakı 20 saylı Mediasiya Təşkilatının direktoru Nicat İsmayılov, Bakı 24 Saylı Mediasiya Təşkilatının direktoru Ülkər Zülfüqarova və Salyan 1 saylı Mediasiya Təşkilatının mediatoru Aybəniz Səmədova təmsil edəcəkdir.Süleyman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.