AZ

Gürcüstanda təhlükəli virus aşkarlandı

Gürcüstanda Denqe virusu (DENV) aşkarlanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

Onun sözlərinə görə, Denqe diaqnozu ötən həftə bir nəfərdə təsdiqlənib.

Denqe, ağcaqanad vasitəsilə yayılan bir virusdur və inkubasiya dövrü adətən beş gündən yeddi günə qədər dəyişir. İlkin simptomlara şiddətli üşütmə və yüksək hərarət daxildir, tez-tez 39-41 dərəcə Selsiyə çatır, şiddətli baş ağrıları, əzələ ağrıları və oynaq ağrıları ilə müşayiət olunur.

  

 

Seçilən
64
8
unikal.az

10Mənbələr