AZ

İran XİN: ABŞ-nin yeni tələbləri danışıqları uzadır

BAKI, 1 iyun. TELEQRAF

“ABŞ-nin daim dəyişən mövqeyi və yeni tələbləri danışıqlar prosesinin uzanmasına səbəb olur”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Qarşı tərəfin daim fikirlərini dəyişdiyi, yeni və ya ziddiyyətli tələblər irəli sürdüyü və media vasitəsilə müxtəlif ziddiyyətli mesajlar göndərdiyi durumda danışıqlar prosesində gecikmə təbiidir”, - diplomat bildirib.

Bəqayi qeyd edib ki, İran heç vaxt ABŞ-yə güvənməyib, hazırkı danışıqlar da eyni atmosferdə gedir.

“Ziddiyyətli bəyanatlar onların danışıqlar taktikasının bir hissəsi ola bilər, amma bu, İran İslam Respublikasına qarşı işləməyəcək”, - o əlavə edib.

Seçilən
41
teleqraf.com

1Mənbələr