AZ

İran prezidentinin istefası barədə xəbər təkzib edildi

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

İran Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin müdir müavini Mehdi Təbatəbai ölkə Prezidenti Məsud Pezeşkianın istefa verməsi ilə bağlı xəbərləri təkzib edib.

Məlumatı “Anadolu” yayıb. 

Təbatabai müvafiq iddialarla bağlı X sosial şəbəkəsində açıqlama verib. O, Pezeşkyanın xalqa xidmət etməkdən geri çəkilməyəcəyini vurğulayıb və prezidentin istefası ilə bağlı xəbərləri təkzib edib. Onun sözlərinə görə, bu iddialar bəzi xarici medianın “oyunları”dır.

Təbatabai həmçinin qeyd edib ki, İran xalqı birlik və həmrəylikdən geri çəkilməyəcək və iranlıların milli birliyini məhv etmək istəyi yenidən “məzara gömüləcək”.

P.ƏMİRCANOV
XQ

Seçilən
46
1
xalqqazeti.az

2Mənbələr