AZ

Ən çox xəyanət edən bürclər: ŞOK SİYAHI

Sevgi münasibətlərində etibar ən vacib məsələlərdən biri hesab olunur. Lakin astrologiya həvəskarları arasında bəzi bürclərin xəyanətə daha meyilli olduğu ilə bağlı fikirlər uzun illərdir müzakirə edilir.

Bakıvaxtı.az xəbər verir ki, astroloqlara görə, bürc insanın davranışlarını tam müəyyən etmir, lakin xarakter xüsusiyyətləri müəyyən tendensiyalar yarada bilər.

 Siyahının ilk sıralarında adətən Əkizlər bürcü göstərilir.

Dəyişkən xarakteri və yenilik sevgisi ilə tanınan Əkizlər uzun müddət eyni rutin içində qalmaqda çətinlik çəkə bilər. Bu xüsusiyyət isə münasibətlərdə problemlərə yol aça bilər.

Siyahıda Əqrəb bürcü də diqqət çəkir. Astroloqların fikrincə, Əqrəblər münasibətlərdə son dərəcə ehtiraslı və emosional olurlar. Onlar sevdikləri insana çox bağlansalar da, hisslərinin dəyişdiyini düşündükləri anda gözlənilməz qərarlar verə bilərlər. Məhz bu səbəbdən bəzi astroloqlar Əqrəbi riskli bürclər sırasında göstərirlər.

Oxatan bürcü də azadlığına bağlı olması ilə seçilir. Astroloqların fikrincə, qaydalar və məhdudiyyətlər Oxatanları narahat edə bilir. Bu səbəbdən onlar bəzən münasibətlərdə gözlənilməz addımlar ata bilirlər.

Dolça bürcü isə emosional məsafə saxlamağı sevənlər sırasında göstərilir. Onlar hisslərini hər zaman açıq ifadə etmədikləri üçün münasibətlərdə anlaşılmazlıqlar yarana bilər. Bəzi astroloqlar bunu xəyanət riskini artıran amillərdən biri hesab edir.

Tərəzi bürcü də siyahıda yer alır. İnsanlarla ünsiyyət qurmağı və diqqət mərkəzində olmağı sevən Tərəzilər bəzən hissləri ilə məntiq arasında seçim etməkdə çətinlik çəkə bilirlər.

Aynur Babazadə

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr