AZ

PSJ azarkeşləri Mbappeni belə təhqir etdilər

Görünür, PSJ azarkeşləri hələ də Kilian Mbappeni klubdan ayrıldığına görə bağışlamayıb.

Publika.az xəbər verir ki, PSJ-nin Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra fransız azarkeşlər keçmiş liderlərini xatırlamaq qərarına gəldilər.

Paris küçələrində keçirilən şənliklər zamanı azarkeşlər “Real Madrid” hücumçusuna qarşı təhqiramiz şüarlar səsləndiriblər:

“Mbappe fahişənin oğludur”.

PSJ illərlə Mbappe ilə Çempionlar Liqasını qazanmağa çalışsa da, buna nail ola bilmədi. Fransız oyunçu layihənin siması idi, komanda onun ətrafında qurulmuşdu.

Seçilən
37
publika.az

1Mənbələr